“Mərkəz” qəzeti fəaliyyətini dayandırdı
20 dekabr 2012 18:52 (UTC +04:00)

“Mərkəz” qəzeti fəaliyyətini dayandırdı

“Mərkəz” qəzeti  fəaliyyətini dayandırıb. Bu barədə Lent.az-a qəzetin redaktoru Coşqun Cəlaloğlu məlumat verib: “Mərkəz” qəzeti iki gündür ki, çıxmır. Qəzetin fəaliyyətinin dayandırmasına daha çox maliyyə problemləri səbəb olub. Gülər Əhmədova səhhəti ilə əlaqədar olaraq mərkəzdən getsə də bizim dostumuz olaraq qalmaqdadır. Qəzetin bütün yükü düşdü kollektivin üzərinə. Nəticə də qəzet fəaliyyətini dayandırdı”.

 

C, Cəlaloğlu qəzetin yenidən işıq üzü görəcəyini də istisna etməyib. “Gələcəkdə qəzetin fəaliyyətinin bərpa olunacağı gözlənilir”-deyə redaktor əlavə edib.

# 825

Oxşar yazılar