Maştağadakı məscidlə bağlı təzə xəbər
03 aprel 2013 23:04 (UTC +04:00)

Maştağadakı məscidlə bağlı təzə xəbər

“Həzrəti Əbülfəz ağa” məscidi bağlanmayıb və bu barədə yayılan məlumatlar əsassızdır”. Bunu modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti bildirib.

 

Qeyd edilib ki, ümumiyyətlə hər hansı bir məscidin bağlanmasından söhbət gedə bilməz.

 

“Azərbaycanda məscidlər inşa və bərpa edilir, bağlanmır. Belə məlumatı yayılması bəzi radikal qüvvələrin dövləti “dinin düşməni” obrazında təqdim etmək cəhdlərinə xidmət edir. Bu kimi xəbərləri uyduranlar maskalarını atmış oldular və məqsədlərini biruzə verdilər. Onlar “dini dəyərləri müdafiə” pərdəsi altında icmalardakı boşluqlardan istifadə etmək, məscidlərə soxulmaq və onların “bağlanması” kimi təxribatçı nəticələrə nail olmaq istəyirlər. Bu fitnəçilikdən başqa bir şey deyil. Lakin bu kimi əməllərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınıb və bundan sonra da alınacaq”. 


2010-cu ildə dövlət qeydiyyatında keçmiş “Həzrəti Əbülfəz ağa” və daha bir neçə başqa məscidin dini icmasında idarəçilik və şəffaflıqla bağlı vaxtaşırı problemlər olduğunu qeyd edən Dövlət Komitəsinin mətbuat xidməti DQİDK-nin bu problemlərin həlli istiqamətində yerli hakimiyyət orqanları, həmçinin QMİ ilə birgə və dini etiqad azadlığı haqqında qanunvericiliyin prinsipləri çərçivəsdində, işgüzar qaydada məşğul olduğunu vurğulayıb. Sonda ictimayyət və dini icma nümayəndəlirini bu kimi təxribatçı məlumatlara uymamağa və ayıq olmağa dəvət edilib. 


Qeyd edək ki, aprelin 3-də Nardaran dindarlarından
modern.az saytına verilən məlumata görə, Maştağa qəsəbəsindəki “Həzrəti Əbülfəz ağa” məscidinin bağlanacağı xəbərini alıblar. Son zamanlar adıçəkilən məsciddə 3 gün əvvəl narkotik ittihamı ilə həbs olunan ilahiyyatçı Hacı Tale Bağırovun çıxışları olub.

 

# 1099
avatar

Oxşar yazılar