Milli Məclisin bugünkü sessiyasında İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilib.
Lent.az-ın məlumatına görə, dəyişikliklərə görə, avtomobillərin səs siqnallarına görə cərimələr 10 dəfəyədək artırılıb.
Həmçinin, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə görə tətbiq olunan inzibati cəzalar 10 dəfəyədək artırılıb.
Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 manatdan 800 manatadək cərimə tətbiq ediləcək.
Qeyd edək ki, indiyə qədər bu cəzalar 80 manatdan 100 manata qədər olub.
Məcəlləyə, eyni zamanda bir sıra yeni əlavələrdə edilib. Əlavələrə əsasən, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 500 manat miqdarında cərimə ediləcək.
Həmin xəta il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə 1000 manat cərimə tətbiq olunacaq.

“Avtoş”lara bəd xəbər: Milli Məclis cəzaları sərtləşdirdi
Oxşar yazılar

Təcili müdaxiləyə ehtiyac olan xəstə 5 saat gözlədilib? - RƏSMİ CAVAB
19 avqust 2025 , 14:12
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın HAVASI
19 avqust 2025 , 12:29
Doğuş sonrası depressiyadan necə qurtulmaq olar? - Ginekoloq danışdı
19 avqust 2025 , 10:49
Bu gün üç BÜRC böyük uğur qazanacaq
19 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
19 avqust 2025 , 08:15
Bu BÜRCLƏR üçün pul axını açılacaq: Şanslılar kimlərdir?
19 avqust 2025 , 00:02
Enerjili qalmaq üçün həftə ərzində yeyilməli 10 QİDA
18 avqust 2025 , 19:34