4410 nəfər əmək müqaviləsinə görə nazirliyə müraciət edib
02 oktyabr 2014 10:13 (UTC +04:00)

4410 nəfər əmək müqaviləsinə görə nazirliyə müraciət edib

Sentyabrda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142- “Çağrı mərkəzi”nə 6834 müraciət daxil olub. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, onların 94,5 faizi (6461 müraciət) sorğu xarakteri daşıyıb. Sorğuların 68,2 faizi, yəni 4410 müraciət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə ilə bağlı işəgötürənlər tərəfindən edilib. Bundan başqa, ötən ay “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 1551-i sosial təminat, 303-ü əlillik və reabilitasiya, 570-i məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma ilə bağlı olub.

 


Ümumilikdə cari ilin 9 ayında isə 142 -“Çağrı mərkəzi” tərəfindən 17 061 müraciət cavablandırılıb ki, onlardan 8549-u əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı, 1229-u məşğulluğun təminatı, 913-ü əlillik və reabilitasiya, 6370-i sosial təminat məsələlərini əhatə edib.

 


Bütün müraciətlər nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən operativ və obyektiv şəkildə cavablandırlıb, habelə sorğularla bağlı müvafiq izahatlar verilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889

Oxşar yazılar