30 əlil Krıma müalicəyə göndərildi
20 avqust 2013 11:43 (UTC +04:00)

30 əlil Krıma müalicəyə göndərildi

Daha bir qrup əlil Ukraynaya müalicəyə yola salınıb. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.  Belə ki “2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq ƏƏSMN tərəfindən daha 30 nəfər əlilliyi olan şəxs Ukraynanın Krım vilayətində N.Burdenko adına onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzinə 28 günlük bərpa-müalicəsinə göndərilib. Onlardan 25 nəfəri əlil arabasından istifadə edən şəxslərdir.


Qeyd edək ki, cari ilin ötən dövründə həmin müalicə mərkəzində 35 nəfər, Latviyanın Yurmala şəhərində yerləşən “Vaivari” sanatoriyasında isə 30 nəfər əlil vətəndaşın bərpa müalicəsi təşkil olunub.


Onu da bildirək ki, bərpa müalicəsinə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar