Videosu yayılan ana və körpə ilə bağlı SON XƏBƏR : körpə xəstəxanaya, ana isə …-YENİLƏNİB
23 iyul 2021 19:17 (UTC +04:00)

Videosu yayılan ana və körpə ilə bağlı SON XƏBƏR: körpə xəstəxanaya, ana isə …-YENİLƏNİB

"Nizami" metrostansiyasının yaxınlığında videosu yayılan ana və körpəsinin sığınacağa yerləşdirilməsi barədə məlumatı vermişdik.

Bununla bağlı Lent.az-a sığınacağın daxil olduğu “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindən bildirilib ki, dərhal qadın və uşaqla bağlı 103 xidmətinə, ərazi üzrə polis bölməsinə, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verilib:

“Müəyyən edildi ki, qadın narkotik istifadəçisidir. Komitə ilk növbədə uşağı tibbi müalicə üçün xəstəxanaya yerləşdirdi. Qadının müalicəsi üçün sabaha gün təyin edildi.

Ümid edirik ki, müalicəni qəbul edəcək və normal həyata qayıdacaq”.

Hicranə Əlişqızı

 

 

 

14:37

"Nizami" metrostansiyasının yaxınlığında videosu yayılan ana və körpəsi sığınacağa yerləşdirilib.

Bu barədə Lent.az-a məlumat verən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın köməkçisi bildirib ki, sözügedən videoda yer alan qadın əvvəllər gəlincik ilə gəzib:

“Ona görə də elə biliblər ki, videodakı uşaq gəlincikdir. Ancaq məlum olub ki, körpədir. Hazırda ana və körpəsi sığınacaqdadır. Dövlət qurumları ilə birgə məsələni araşdırıb sizlərə məlumat verəcəyik”.


***

10:50

Lent.az-a ötən gün görüntüləri yayılan ana və körpəsi haqqında yeni məlumat daxil olub.

DİN-dən Lent.az-a verilən məlumata görə “patı” istifadəçisi olan qadın ruhi xəstə, uşaq isə oyuncaqdır.

Video şahidlərinin bildirdiyinə görə, videolentdəki canlı uşaqdı. 

***

10:01 

"Nizami" metrostansiyasının yaxınlığında psixotropik maddə istifadəçisi olan ananın görüntüləri yayılıb. 

Lent.az xəbər verir ki, bu haqda Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından video paylaşıb. 

Kəmalə Ağazadə qeyd edir ki, bu görüntüləri ona 71 nəfər göndərib, amma aidiyyatı qurumlara bu haqda hansısa məlumat verilməsindən xəbərsizdir. 

Görüntülərdə metrostansiyanın yaxınlığında yerləşən "Shaurma1" kafesinin ətrafında “patı”dan istifadə edən ana və körpəsi lentə alınıb. 
Məsələ ilə bağlı Lent.az -ın sorğusuna cavab verən DİN-dən bildiriblər ki, fakt nəzarətə götürülüb, araşdırma aparılır.

Nigar Adil 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29838
avatar

Oxşar yazılar