Uşaq bağçasında ŞİDDƏT FOTOSU  - Sosial şəbəkələr bir-birinə dəydi
02 noyabr 2021 12:25 (UTC +04:00)

Uşaq bağçasında ŞİDDƏT FOTOSU - Sosial şəbəkələr bir-birinə dəydi

Son günlər sosial şəbəkələrdə “Malvina” uşaq bağçasının adından paylaşılan şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İnsanlar həmin şəkli tənqid edib və uşaqlara şiddət aşıladığını deyiblər. 

Bu haqda “Malvina” uşaq bağçasının rəhbərləyindən lent.az-a bildirilib ki, həmin şəkil onların bağçasında çəkilməyib:

“Həmin şəkil 6 il əvvələ aiddir və bizim bağçamızda çəkilməyib. Hansısa bir evdə çəkilən şəkli bizim adımızdan yayımlayırlar. Biz 6 il əvvəl bununla bağlı televiziyalara da açıqlama vermişik. Heç o dövrdə mən bağçada müdir deyildim. Araşdırmaq lazımdır ki, görəsən, kimdi bizə qara yaxmaq istəyən. “Halloween” 6 ildi bizim müəssisəmizdə  qeyd olunmur”. 

Qeyd edək ki, bəhs edilən şəkil 31 oktyabrda qeyd edilən sözügedən bayramdan sonra üzə çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3191

Oxşar yazılar