Elmira Axundova
02 iyun 2022 14:41 (UTC +04:00)

Elmira Axundova

Ukraynadakı səfirimiz ortaya çıxdı: GÖRÜN HARADA?

İyunun 1-də Bakıda Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev sarayında “Ürəklə sizinlə” adlı konsert proqramı baş tutub.

Lent.az bizim.media-ya istinadən xəbər verir ki, konsertə uzun zamandır görünməyən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da gəlib.

Qeyd edək ki, Ukraynada müharibə başladıqdan sonra dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım ataraq postunu qoyub ölkəsinə gələn Azərbaycan səfiri hələ də bu addımına görə ictimaiyyətdə sərt tənqid olunur.

Üstəlik savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi də sərt şəkildə qınanılırdı. 

Səfirimiz hələ də Ukraynadakı vəzifəsinə qayıtmayıb.

Elmira Axundova

# 4128
avatar

Oxşar yazılar