Abşeron yarımadasının ən böyük kəndlərindən biri olan Maştağadayıq. “Şamxal hamamı”nın qarşısında dayanmışıq. Burada bu hamamın tarixi mədəniyyət nümunəsi olmasını əks etdirən yazı və ya lövhə də yoxdur. Keçək içərisinə. İçəridə məişət tullantıları atılıb. Burada bir lövhə var. Deyəsən, bu, hamam haqqında olan məlumat lövhəsidir. Elədir ki, var. “3188 inventar nömrəsi ilə qeydiyyata alınan abidə dövlət tərəfindən qorunur” yazılıb. Buna qorumaq demək olarsa. Üst-başımızın toz içində olmasından yəqin ki, vəziyyətin nə yerdə olduğunu gördünüz. 17-ci əsrə aid olan bu mədəniyyət nümunəsinin necə qorunması göz qabağındadır. Bir zamanlar canımızı təmizləyən bu hamam hazırda zibilliklərin cəngində can verir. Bu biabırçılqıdır. Buradan keçməyə də yer yoxdur. Hamamın bu vəziyyətə düşməsində buranı zibilliyə çevirən sakinlərin də günahı var. Abidə tozun-torpağın içində olamaqla yanaşı, dayaqları uçlub, dağılır və divarları nəmişlikdən kif bağlayıb. Keçmişdən gələcəyə uzanan və tarixə qovuşan böyük tarix belə gedərsə, yox olacaq. İlk baxışdan zibil poliqonunu xatırladan hamamın qapılarının dirəkləri də çürüyərək tamamilə sıradan çıxıb. Hamamın içində olan yuyunma otaqlarından birinin qapısı da uçulub, yerə düşüb. Bir sözlə, bu mədəniyyət abidəsinin nə dərəcədə təhlükəli olduğunu yalnız huraya gələrək, öz gözünüzlə görməlisiniz. Bir zamanlar insanları təmizliyə qovuşduran bu hamamın indi özünün təmizliyə ehtiyacı var. O olmasın, bu olsun” filmindən bir fraqment yadıma düşdü. Yayın istisində harada sərinləmək olar, qışın soyuğunda harada qızınmaq olar, adam harada pak olar-Hamamda. Yəqin ki, söhbət “Şamxal hamamı”ndan getmir, gedə də bilməz. Heç paklıqdan danışmağa belə dəyməz. Hətta bura çəkiliş üçün girməyə belə cəsarət lazımdır. Hazırda bizim dayandığımız yer belə çöküb. Yəqin ki, dayanmağımdan hiss edirsiniz ki, qorxa-qorxa dayanmışam. Bu gün tarixi özündə yaşadan və elə tarixin özü olan, dövlət qeydiyyatına alınan əksər tarixi hamamlarımızda vəziyyət eynidir. Amma nədənsə Mədəniyyət naziri Anar Kərimov deyir ki, abidələrin bu vəziyyətə düşməsində vətəndaş günahkardır: “Bu təkcə dövlətin məsuliyyəti deyil. Baxımsız hesab edilən hamam zibil atmaq vətəndaşın məsuliyyətidir. Bunların sayı çoxdur regionlarda da. Mədəniyyət nazirliyi tərəfindən kompleks tədbirlərin keçirilməsi planlaşdırılır. Belə abidələrin sayının çox olduğundan Mədəniyyət Nazirliyinin resursları məhduddur. Burada biz başqa yanaşmaları da fikirləşməliyik. Özəl sektorla tərəfdaşlığın qurulması və eyni zamanda cəmiyyətimizin mədəni irsimizə həssaslığın artırılması”. Bunu anladıq, cənab nazir. Amma məsələ orasındadır ki, baxımsızlıqdan uçulub-dağılan və “dövlət tərəfindən qorunur” lövhəsi vurulsa da, heç bir mühafizə xidmətinin belə olmadığı bu hamam təbii ki, məsuliyyətsiz vətəndaşın zibil məkanına çevriləcək. Bu ayrı məsələ. İndi hamını düşündürən bir sual var: Bu gün siçovulların və digər gəmiricilərin sevimli məkanına çevrilən “Şamxal hamamı” nə vaxt təmir ediləcək? Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov sualımıza cavab olaraq bildirdi ki, heç vaxtı yoxdur, tədbirə hazırlaşır, araşdırıb, məlumat verəcəyik.
SOSİAL
- Ana səhifə
- SOSİAL
Tarixi abidə, yoxsa zibil poliqonu? - 4 əsrlik hamamdan VİDEO REPORTAJ
- Azərbaycanda fotoqraflar toya neçəyə gedir? - QİYMƏTLƏR
- Valideyndən necə imtina etmək olar? - CAVAB
- Meteohəssas insanlar üçün sabahın PROQNOZU
Oxşar yazılar
XƏBƏR LENTİ
15:51Nadir hallarda təmirə ehtiyacı olan Yaponiya avtomobili
15:42"Sovetski"də tarixi binanın sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
15:37Əllərin və ayaqların rənginin dəyişməsi xəstəliyə işarədir
15:22Bakıda məşhur mağazadan 21 minlik "iPhone" oğurlandı
15:12Bakıda sərxoş sürücü "Changan"la işıqforu vurub qırdı - HADİSƏ ANI
15:08Sabahın havası ilə bağlı bu insanlara XƏBƏRDARLIQ
14:53Toyuqlu südlü pendir şorbası RESEPTİ
14:38Təyyarənin salonundakı bu yerə əşya qoymayın - OĞURLANACAQ
14:24Bakıda kişi hamamda zəhərlənib öldü
14:09Üstümüzə çıxan skuterlər, gəzməyə peşmanıq - Onları hansı cəza gözləyir?
13:55Ağ saçları rəngləyəndə edilən 5 səhv
13:41Müqaviləsi bitən ən bahalı 10 oyunçu - SİYAHI
13:35Söyüş üstündə qonşusunu öldürən HAKİM QARŞISINDA
13:30Qarnındakı 7 aylıq döl toyunda tələf oldu - Astarada 17 yaşlı "gəlin"in ölümünün TƏFƏRRÜATLARI
13:26Müharibə iştirakçısı bahalı nömrə almaq istəyən əsgər yoldaşını belə aldatdı
13:10“Oğlum evdə olmayanda gəlin onun dostunu evə çağırırdı” – Öldürülən qadının qaynanası
13:01Toyuqlarınız yumurtlamırsa, bunu edin - Sadə həll
12:47Dubayda və Avropada iş adı ilə 20-dən çox adamı aldatdılar - VİDEO
12:3820 saniyəlik məşq sağlamlığınız haqqında hər şeyi deyəcək
12:24İsa Həbibbəyli, Ramiz Mehdiyev və Akif Əlizadənin fəaliyyət illəri yoxlanılır - İSTİNTAQDA YENİLİK
12:17 Güclü leysan, həm də qar yağacaq - Sabahın havası
12:15İtkin düşən 4 şəhidin qalıqları Bakıda dəfn olundu
12:1248 kisə insan qalığı tapıldı
12:04Çin universitetlərinə qəbul qaydaları dəyişdirildi - YENİLİKLƏR
12:00Bakıda “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək
11:58Toy gecəsi ölən 17 yaşlı hamilə gəlincik, xərəkdə “bir ovuc” idi
11:44Ən uzun öpüşmə rekordu qıran cütlüyün ayrılma SƏBƏBİ
11:29"Sədərək" və otellərdə ƏDV FIRILDAĞI: 7 milyon yedilər
11:26Şəmkirdə DƏHŞƏT: azyaşlı qız qaynar suda yandı
11:12Xarici ölkədə həyatınızı xilas edəcək sözlər
11:08Zaqatalada kişini döyərək öldürən TUTULDU
10:57Telefonunuzu niyə həmişə üzü aşağı qoymalısınız? - SƏBƏBİ
10:43Azərbaycanlı biznesmen itkin düşdü, maşını qan içində tapıldı
10:28Türkiyədə azərbaycanlı fəhlə liftin şaxtasına düşüb öldü
10:20Fərqli ssenarilər: pulunuzu oğurlamaq üçün bu rollara girirlər - VİDEOMÜRACİƏT
10:17“Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” – MƏHKƏMƏDƏ rüşvət qalmaqalı
10:14Kif və tozu aradan qaldırır: Bu otaq bitkisi evinizdəki havanı təmizləyəcək
10:00APA TV-də XəbərAPAran – CANLI
09:58Türkiyədə 6 mərtəbəli bina çökdü - Altında qalanlar var
09:5240 ildən sonra ilk: yeni klub Şotlandiya çempionu ola bilər - VİDEO
09:50Ağdərədə betonqarışdıran aşdı, sürücü öldü
09:38Yuxuda mərhum görmək - Onun sizi çağırması nə deməkdir?
09:30Günün hava proqnozu
09:20Sel, daşqın, şimşək - Əhaliyə xəbərdarlıq
09:09Üç BÜRC tezliklə taleyin vacib sınağından keçəcək: siyahıda kim var?
09:00Günün ulduz falı
08:30Günün məzənnəsi
08:22Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:15Salyanda maşın baba və nəvəni vurdu
08:07Gəncədə 32 yaşlı kişi bıçaqlandı
07:48Xoşbəxtlik xroniki xəstəliklərdən ölüm riskini azaltmaq üçün vacibdir
05:05"Apple"ın bazar dəyəri 4 trilyon dolları keçdi
03:54Alimlər hüceyrələrdə “qoxu hissi” yaratdılar – TƏDQİQAT
02:33Microsoft və OpenAI saziş imzaladı
01:36Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bu mənzillər güzəştlə SATIŞA ÇIXARILACAQ
00:51“Amazon”da süni intellektə görə 14 min iş yeri ixtisar olunur
00:02Yeni mərhələyə qədəm qoyacaq BÜRCLƏR: həyat parlaq rənglərlə dolacaq
22:37Xırdalanda yaşayış binası yandı: zəhərlənənlər var
22:16İsrail Qəzzanı VURDU
21:53Naxçıvanda maşın məktəbli qızı vurdu