SOS!  Azərbaycanda yeni xəstəlik yayılıb - Həkim səbəbini açıqladı
01 avqust 2022 16:05 (UTC +04:00)

SOS! Azərbaycanda yeni xəstəlik yayılıb - Həkim səbəbini açıqladı

Son vaxtlar uşaqlar və böyüklər arasında qusma, yüksək hərarət və halsızlıqla müşahidə olunan xəstəlik yayılıb. Və insanların çoxu həyəcanlıdır ki, bu xəstəlik müalicəyə, baxmayaraq çox uzun müddət sonra keçir. Onu da qeyd edək ki, xəstəlik demək olar ki, Respublikanın əksər rayonlarında yayılıb.

Xəstəliklə bağlı Lent.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev bildirib ki, bu xəstəlik yay fəsli üçün xarakterikdir:

Əkbər Quliyev

“Son vaxtlar uşaqlar arasında yüksək hərarət, halsızlıq, qusma bəzən ishalla müşahidə olunan viral infeksiyalarla qarşılaşırıq. Yaz- yay aylarında, havaların isti keçməsi ilə əlaqədar demək olar ki, hər il bu vəziyyət yaranır. Əksər hallarda isə simptomatik müalicə ilə keçir gedir”. 

Ekspertin sözlərinə görə, son zaman belə şikayətlə artıb:

“Virus infeksiyaları demək olar ki, 5-7 gün ərzində sağalır. Hazırda poliklinaya müraciət edənlərin təxmini 30-40 faizi bu şikayətlərlə gəlirlər.  Valideynlərə tövsiyyəmiz odur ki,  gigiyenik qaydalara riayət etsinlər. Elə bir şikayətləri olarsa da, həkimə müraciət etsinlər”. 

Pediatr Qoşqar İsmayılov isə qeyd edir ki, bu virus uşaqlar dənizəvə hovuza getdikdən sonra yaranır:

Qoşqar İsmayılov

“Valideynlər uşaqlarını dənizə, hovuza aparır və ondan bir neçə gün sonra bu şikayətlər başlayır. Buna səbəb “Rotavirus”lardır. Bu viruslar sudan və yaxud da xəstə insanla kontaktdan, öpərkən uşaqdan valideynə, valideyndən də uşağa keçə bilər. Çox zaman buna görə də ailəvi xəstələnirlər. Mütləq şəkildə bu şikayətlər varsa, vaxtında həkimə müraciət etmək lazımdır. Çünki bədən su itirərək susuzlaşma halını yaradır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8687

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04