Şəhid Təbriz Rəhimov Yevlaxda dəfn edildi
14 sentyabr 2022 15:38 (UTC +04:00)

Şəhid Təbriz Rəhimov Yevlaxda dəfn edildi

Sentyabr ayının 13-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Dövlət Sərhəd Xidmətinə məxsus “N” saylı hərbi hissədə müddətdən artıq xidmət keçən hərbi qulluqçu, baş çavuş, 1990-cı il təvəllüdlü Rəhimov Təbriz Rəhim oğlu Gülövşə kəndində torpağa tapşırılıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, dəfn mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclis sədrinin I müavini, Milli Məclisin deputatı Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general mayor Aqil Babayev şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları iştirak edib.

Şəhid anadan olduğu Yevlax rayonunun Gülövşə kəndində yaylım atəş sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

# 1515
avatar

Oxşar yazılar

Azərbaycanda COVID-ə yoluxanların  SON STATİSTİKASI

Azərbaycanda COVID-ə yoluxanların SON STATİSTİKASI

8 dekabr 2022 , 21:08
“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

8 dekabr 2022 , 12:09
3 rayon susuz qaldı - SƏBƏB

3 rayon susuz qaldı - SƏBƏB

8 dekabr 2022 , 09:56