Şəhid jurnalistlər anılır -  FOTOLENT
04 iyun 2021 16:39 (UTC +04:00)

Şəhid jurnalistlər anılır - FOTOLENT

Bu gün Kəlbəcərdə minaya düşərək həlak olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun xatirəsinə Mehdi Hüseyn küçəsi, 1 ünvanında anım guşəsi yaradılıb.

Lent.az məlumat verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC məlumat yayıb.

Bildirilib ki, "AzTV"nin sədri Rövşən Məmmədov və müxtəlif KİV əməkdaşları anım güşəsinin qarşısına gələrək həlak olan jurnalistləri yad edirlər.

Qeyd edək ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər - Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) şəhid olub, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2020

Oxşar yazılar