Şəhid bulağı, 50 kvadratlıq asfalt, geri qaytarılan maşın – Gileyli ata nələr danışır?   -VİDEO
16 fevral 2022 13:25 (UTC +04:00)

Şəhid bulağı, 50 kvadratlıq asfalt, geri qaytarılan maşın – Gileyli ata nələr danışır? -VİDEO

Gördüyünüz bu kadrları Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində lentə almışıq.

Vətən Müharibəsi şəhidi Mayıl Mais oğlu Qurbanovun ailəsi və valideynlərinin yaşadığı bu məhəllə gözdən uzaq olmasa da, çoxdandır ki, könüllərdən iraqdır...

“Binəqədi rayonu Biləcəri qəsəbəsi 12 döngə deyilən ünvandayıq. Burda şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün valideynləri və məhəllə sakinlərinin şəxsi vəsaitləri hesabına bulaq-abidə kompleksi ucaldılıb. Mayıl 1996-cı ildə İmişlidə anadan olub. 2020-ci ilin dekabrın 3-də isə Qubadlı və Cəbrayıl istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəsinin də, boya-başa çatdığı məhəllə sakinlərinin də bir arzusu var. Şəhid abidəsinin ətrafının, yaşadığı məhəllənin abadlaşdırılması və küçənin Şəhid Mayıl Qurbanovun adına verilməsi.

Şəhidin atası Mayıs Qurbanov deyir ki, abidənin ətrafındakı yolu düzəltmək üçün iki maşın asfalt gətirdilər: “Sonra maşının birini qaytardılar dala. Mən hansı qurum tərəfindən gətirildiyini dəqiq bilmirəm, amma İcra Hakimiyyətindən Osman və Səməndər müəllimlə görüşüb, xahiş eləmişdim. Onu da bax belə, yarımçıq qoyub getdilər. İstəyirəm ki, küçə boyu asfaltlansın məhəllə, bunu belə də xahiş etmişdim. Amma... Körpə uşaqları qalıb oğlumun, gəlib-getmək yağışlı-qarlı havalarda çətin olur. Aidiyyəti üzrə müraciət edəndə də deyirlər ki, sən İmişli qeydiyyatındasan. Başqa bir şey istəmirəm, sadəcə küçənin asfaltlanması və kücəyə oğlumun adının verilməsini istəyirəm. Bu bulağı öz xərcimlə tikmişəm”.

Problemlə bağlı Binəqədi rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və Şəhid ailələri ilə iş üzrə şöbəsinin müdiri Səməndər Mənəfovla görüşdük. Bildirdi ki, sözügedən ünvanda yaşayan Vətən Müharibəsi şəhidi Mail Qurbanovun valideyni ilə görüşüb, onu dinləyiblər.

Onun sözlərinə görə, şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış xatirə bulağının ətrafının, yəni təxminən 50 kvadrat metr sahənin abadlaşdırılması ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edilib.

Sevinc Vaqifqızı,

Kamran Namazov,

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3528
avatar

Oxşar yazılar