Şaxtalı hava   ilə bağlı XƏBƏRDARLIQ
09 dekabr 2022 15:36 (UTC +04:00)

Şaxtalı hava ilə bağlı XƏBƏRDARLIQ

Dekabrın 10-da Azərbaycanın avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində arabir duman ilə əlaqədar Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Füzuli-Horadiz, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Həkəri-Zəngilan, Xaldan-Mingəçevir, Giləzi-Xızı, Göyçay-Ucar, Goranboy-Tərtər, Bərdə-İstisu, Yevlax-Zaqatala, Naxçıvan-Ordubad, Masallı-Yardımlı, Ələt-Astara, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.

Dağlıq rayonlarda isə şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.

# 6018
avatar

Oxşar yazılar