ŞAD XƏBƏR:  "Limak.az" “Trendyol”dakı bütün mağazalarla əməkdaşlığa başladı
14 iyun 2024 14:05 (UTC +04:00)

ŞAD XƏBƏR: "Limak.az" “Trendyol”dakı bütün mağazalarla əməkdaşlığa başladı

Azərbaycanın aparıcı sürətli poçtdaşıma və kuryer şirkətlərindən olan "Limak.az" “Trendyol” daxilindəki bütün mağazalarla əməkdaşlığa başlayıb. 

Müştərilər “Trendyol”dan Azərbaycana birbaşa çatdırılma zamanı “Gəl-al” nöqtəsi seçərkən artıq asanlıqla “Limak”ı xəritədə tapa bilərlər. 

Limak.az” hər zamankı kimi müştərilərinin “Trendyol” bağlamalarının da sürətli və keyfiyyətli çatdırılmasını təmin edəcək.   

“Limak.az” sürətli poçtdaşıma və kuryer şirkətidir. 2019-cu ildə fəaliyyətə başlamış şirkətin Bakı və Azərbaycanın əksər bölgələrində lisenziyalı regional ofisləri fəaliyyət göstərir. Şirkət 7/24 rejimdə fəaliyyət göstərir. 

"Limak.az" kargo şirkəti müştərilərinə anbar, ünvanda təhvil vermə, havayolu karqo, kütləvi göndərişlərin və poçtdaşımalarının çatdırılması və qida maddələrinin daşınması xidmətlərini təklif edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2346
avatar

Oxşar yazılar