Sabahın HAVASI  açıqlandı
23 iyul 2022 11:38 (UTC +04:00)

Sabahın HAVASI açıqlandı

İyulun 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-32° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-20° isti olacaq.

# 1365
avatar

Aytəkin Cəlali

Oxşar yazılar