Sabah Sumqayıtda  qaz kəsiləcək
14 noyabr 2023 18:15 (UTC +04:00)

Sabah Sumqayıtda qaz kəsiləcək

Noyabrın 15-də Sumqayıtın bir neçə məhəllə və mikrorayonunda təbii qazın verilişində fasilələr yaranacaq.

Lent.az bildirir ki, bu barədə Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib. Məlumata görə, Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən yaşayış binalarının qaz kəmərinin mənbəyə qoşulması ilə bağlı olaraq, Sumqayıt şəhəri 3, 41, 41A, 47, 76-cı məhəllələri, 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Saat 12:00-dan etibarən işlər yekunlaşana qədər qazın verilişi dayandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10767
avatar

Oxşar yazılar