Sabah  külək əsəcək   - HAVA PROQNOZU
01 dekabr 2022 12:24 (UTC +04:00)

Sabah külək əsəcək - HAVA PROQNOZU

Dekabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 02-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Avtomobil yollarında vəziyyət

Dekabr ayının 2-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimalı var.

# 2082
avatar

Oxşar yazılar