Sabah Bakıda çiskin gözlənilir -  PROQNOZ
31 mart 2021 13:10 (UTC +04:00)

Sabah Bakıda çiskin gözlənilir - PROQNOZ

Aprelin 1-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 12-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Aprelin 1-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5735

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07