Qərb rayonlarına  qar yağır   - FAKTİKİ HAVA -  VİDEO -YENİLƏNİB
27 yanvar 2024 21:27 (UTC +04:00)

Qərb rayonlarına qar yağır - FAKTİKİ HAVA - VİDEO-YENİLƏNİB

Yanvarın 27-si saat 21:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, qərb rayonlarından başlayaraq  ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə sulu qar, qar yağır.

Bu barədə Lent.az-a Milli Hidrometeorlogiya Xidmətindən xəbər verilib.
Gəncə, Şəmkir, Tovuz,  Ceyrançöl, Goranboy, Gədəbəy, Göygöl, Daşkəsən, Kəlbəcər, Laçın, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Zaqatala, Şahdağ, Xaltan, Quba, Biləsuvarda qar yağır.

Naftalan, Bərdə, Ağdam, Tərtər, Ağsu, İmişli, Kürdəmir,  Yevlax, Sabirabad, Mingəçevir, Balakən, Şamaxı,  İsmayıllı, Oğuz, Qəbələ, Qobustan, Neftçala, Zərdab, Göyçay, Quba, Xaçmaz, Şabran, Bakı və Abşeron yarımadasında isə yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxtadır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 30-u gündüzədək davam edəcək.
 

***

19.40

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, yanvarın 27-si saat 19:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Gəncə, Şəmkir, Göygöl, Gədəbəy, Ceyrançöl, Tovuzda qar yağır.

# 5349
avatar

Oxşar yazılar