Qəbul imtahanlarında "COVİD" pasportu TƏLƏB OLUNACAQ?
28 fevral 2022 10:49 (UTC +04:00)

Qəbul imtahanlarında "COVİD" pasportu TƏLƏB OLUNACAQ?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu qəbul imtahanlarıda "COVİD-19" pasportunun tələbi ilə bağlıdır.

Maraqlıdır, qapalı məkanlarda əsas tələblərdən biri olan "COVİD-19" pasportu ali məktəblərə qəbul imtahanlarında da tələb olunacaqmı?

Dövlət İmtahan Mərkəzi imtahanlarda iştirakçılardan "COVİD-19" pasportunun tələb olunması məsələsinə aydınlıq gətirib.

Qeyd olunub ki, imtahanlarda iştirak üçün COVİD pasportu tələb olunmur:

"İştirakçılar imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və onunla bir yerdə çap olunan “Sağlamlıq haqqında bəyannamə”ni gətirməlidirlər" - məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Fidan İlqar

Oxşar yazılar