"Qəbul imtahanları bu il üçün də iki mərhələdən ibarət olacaq. İlk imtahanda bacarıqlar yoxlanılacaq. İlk mərhələdə maksimum bal yenə 300 olacaq".
Lent.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sənəd qəbulu həm cari, həm də builki məzunlar üçün eyni vaxtda olacaq: "Keçən ilin məzunlarının buraxılış imtahanlarında topladığı ballar bu il üçün də keçərli olacaq. Yəni onlar builki imtahanda iştirak etməyə bilərlər. Lakin bu da könüllüdür. Əgər istəsələr, builki buraxılış imtahanlarında yenidən iştirak edə bilərlər".