Sosial şəbəkələrdə Şəki Mərkəzi Xəstəxanasında “Pfizer” peyvəndinin tam şəkildə vurulmaması ilə bağlı məlumatlar paylaşılır. Belə ki, iddialara görə, vurulan hər peyvənddən 2 milli kəsilir. Buna səbəb kimi də həkimlər hər kəsə çatsın deyə belə etdiklərini bildiriblər.
Bununla bağlı TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Pfizer” peyvəndi tam şəkildə vurulur:
““Pfizer” vaksini flakon olaraq 6 dozalıq istehsal olunur və istifadə qaydasına uyğun olaraq tətbiq olunur”.