Peyvəndlər yeni mutant ştammlara təsir göstərir? -  Baş infeksionist AÇIQLAYIR
10 avqust 2021 17:06 (UTC +04:00)

Peyvəndlər yeni mutant ştammlara təsir göstərir?- Baş infeksionist AÇIQLAYIR

“Təbii ki, yeni ştammlar öz klinik və digər çalarlığı ilə əvvəlkilərdən müəyyən qədər fərqlənir. Müşahidələr göstərir ki, delta ştammı klassik ştammdan iki dəfə çox yoluxucu olmaqla yanaşı daha qısa müddətli gizli dövrdən sonra özünü biruzə verir”.

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov ölkədə COVID-19 -un epidemioloji vəziyyəti ilə bağlı verdiyi müsahibədə bildirib.  Onun sözlərinə görə, xüsusən də xəstəliyin ilkin başlanğıc əlamətlərində fərqlər hiss edilir.

“Yəni, bu variantla xəstələnmə zamanı hərarətin daha çox yüksəlməsi ilə yanaşı burun axması, boğazda ağrı, baş ağrısı, ürəkbulanma, qusma, ishal kimi digər əlamətlərə rast gəlinir. Bu, insanları bir qədər çaşdırır. Onlarda adi soyuqlama və ya yüngül keçən digər respirator virusların olması təəssüratını yaradır. Nəticədə, buna əhəmiyyət verilmir, həkimə daha gec müraciət olunur. Qeyd olunur ki, xəstələrin müəyyən qismində virus yükü daha yüksək olur, vəziyyətin qəfil pisləşməsi daha tez-birinci həftədə baş verir. Ancaq sonrakı gedişat, xüsusən də fəsad və ağırlaşmalar eynilik təşkil edir. Ümumilikdə, bu variantın daha ağır keçməsi haqda mülahizələr olsa da bunlar hələlik tam sübutlu sayılmır. Ancaq qeyd olunan fərqlər əsasında pasiyentdə məhz delta ştammının olmasını təsdiqləmək olmaz. Bunun üçün xüsusi laborator müayinələr mövcuddur.

Təyyar Eyvazov onu da bildirib ki, peyvəndlər yeni mutant ştammlara təsir göstərəcək.

“Bu barədə müxtəlif araşdırmalar aparılır. Ümumdünya Səhiyyə Təşkilatı istifadəsinə icazə verilmiş bütün vaksinlərin mövcud ştammlara qarşı təsirli olduğunu bəyan edib. Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, bu vaksinlərin effektivlik göstəricisi yeni ştammlara münasibətdə bir qədər az olsa da, hələki yetərli səviyyədədir. Onu da qeyd etmək lazımdır ki, yalnız kütləvi vaksinasiya yolu ilə virusun artıb-çoxalmasını əngəlləməklə, eyni zamanda, yeni mutasiyaların əmələ gəlməsinin qarşısıını almaq mümkündür.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar