Yeni yaradılan Şəhidlər Memorial Kompleksi
26 yanvar 2021 18:16 (UTC +04:00)

Yeni yaradılan Şəhidlər Memorial Kompleksi

Onların məkanı cənnətdir: Qaradağda Şəhidlər Xiyabanı Memorial Kompleksi yaradılır

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.

Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb.

 

Şəhidlər, o müqəddəslər bizim and yerimizdi. Onlar təkcə ayrı-ayrı anaların oğulları deyillər. Hər bir Azərbaycan anasının övladdır. O oğul ağrı-acısını 44 günlük Vətən savaşında hər bir şəhid xəbərini hər bir azərbaycanlı anası öz ağrısı kimi hiss etdi, yaşadı.

İndi Qaradağ rayonunun şəhər qəbiristanlığında dəfn edilən övladlarının 2-ci Fəxri xiyabanda dəfn edilməsini tələb edirlər. Axı nə baş verir? Onlar onsuz da cənnətdədirlər. Axı məkanın nə fərqi var. Nədən qəbir daşları dağıdılır? Buna nə ehtiyac var. Axı bu həm də dinimizə ziddir. Axı onların ruhu da inciyir.

Şəhid məzarı harada olmasından asılı olmayaraq bizim and yerimizdi. Və həmişə, harda olmasına baxmayaraq  belə də olacaq. Məkanın nə fərqi?

 

İndiməlum olur Ki, 18 şəhidin uyduğu Qaradağ qəbiristanlığında Şəhidlər Xiyabanı Memorial Kompleksi yaradılır. Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sifarişi ilə 18 şəhidimizin dəfn edildiyi məzarlıq ərazisində əsaslı şəkildə yenidənqurma işləri aparılır. Yeni yaradılacaq Şəhidlər Xiyabanında bütün məzarlar və ətrafı standart olacaq və mərmərlə əhatələnəcək. 318 hektar ərazisi olan Bakının ən böyük qəbiristanlığında ilk dəfə olaraq Şəhidlər Xiyabanı Memorial Kompleksi yaradılır. Məzarların ətrafı təmizlənir, insanların ziyarəti zamanı rahatlığın təmin edilməsi üçün məzarlıqda pilləkənlər qurulur. Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənovun KİV-ə verdiyi açıqlamaya görə, Şəhidlər Xiyabanında işlər ən qısa zamanda yekunlaşdırılacaq və ərazidə təmizlik işlərinə və gül-çiçəyin qorunub saxlanılmasına nəzarət daha da gücləndirəcək.

Məkanınız cənnət olsun! Onsuz da cənnətdəsiniz...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3910

Oxşar yazılar

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi

22 aprel 2025 , 13:04
Sabah  29 dərəcə isti   olacaq, axşam yağış yağacaq  - Hava PROQNOZU

Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU

22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO

Bakının bir sıra yollarında təmir gedir - FOTO

22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19