Onlar öz səhvini başa düşüb istefa veriblər - MÜBARİZ QURBANLI DANIŞDI
10 may 2023 11:37 (UTC +04:00)

Onlar öz səhvini başa düşüb istefa veriblər - MÜBARİZ QURBANLI DANIŞDI

“Şeyxülislamın verdiyi fətva bütün məscidlərimizdə yerinə yetirilməlidir. Bu zaman pozuntular olursa, bununla bağlı müvafiq tədbirlər görülür”.

Lent.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bir-iki məscidin imamı istefa verib: “Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislamın, Qazılar Şurasının çıxartdığı fətvaları kimsə pozursa, aydın məsələdir ki, o adam Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır. Bu zaman özü səhvini başa düşürsə, ola bilsin, istefa verir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Xırdalan məscidinin imamı Azər Sani, Corat məscidinin imamı Hacı Sahib Məmmədov və İmişli məscidinin imamı Hacı Adıgözəl Bəşirli istefa veriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4536
avatar

Oxşar yazılar