“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Öncə Vətəndir” layihəsi həyata keçirib.
Lent.az-ın məlumatına görə, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə vermək olub.
3 ay davam edən layihə çərçivəsində Vətən müharibəsində qələbəni şərtləndirən amillər barədə araşdırma xarakterli 16 yazı sifariş edilib. Yazılar peşəkar ekspert tərəfindən baxıldıqdan və yazılarda çatışmayan məqamlar aradan qaldırıldıqdan sonra mətbuatda dərc edilib.
Layihənin uğurla həyata keçirilməsi nəticəsində xüsusən gənc nəsil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyəti, Vətən müharibəsində qələbəni şərtləndirən amillər barədə məlumatlandırılıb..
Bu da “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin vətənpərvərlik təbliğatına vətəndaş cəmiyyəti institutu kimi bir töhfəsi olub.

“Öncə Vətəndir” layihəsi həyata keçirilib

Oxşar yazılar

Təhlükə yaxınlaşır: Türkiyədə meymunçiçəyi aşkarlandı
30 iyun 2022 , 10:47
İyul ayında gözlənilən MAQNİT QASIRĞALARI - PROQNOZ
29 iyun 2022 , 19:30
Bakıda 150 avtobus gecikir - BNA
29 iyun 2022 , 19:03
Tort əvəzi "ölü" yemək?
29 iyun 2022 , 18:23
70 ölkədən toyuq gətirilməsi DAYANDIRILDI
29 iyun 2022 , 18:17
Ruslan öldü, yaşasın Alp Arslan - Adını özü qoyan insan
29 iyun 2022 , 17:01
Koronavirusa yoluxanların sayı 35-i keçdi - SON STATİSTİKA
29 iyun 2022 , 16:33