"Omicron aşkarlansa, məhdudlaşdırıcı tədbirlər olacaq" -  RƏSMİ
28 dekabr 2021 17:19 (UTC +04:00)

"Omicron aşkarlansa, məhdudlaşdırıcı tədbirlər olacaq" - RƏSMİ

“Səyahət edən vətəndaşlardan COVID sertifikatları və neqativ PCR test istəyi tələblər sırasındadır”.

Lent.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

O, peyvəndləməyə aktiv qoşulan vətəndaşlara təşəkkür edib: “Azərbaycanla həmsərhəd olan ölkələrdə artıq "Omicron" ştammı qeydə alınıb və yayılmaqdadır. Azərbaycana da "Omicron"un gəlməsi və yayılması zamana bağlı məsələdir. Ştam ölkəmizdə peyda olsa və yayılmağa başlasa, müəyyən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacağıq”.

# 2424
avatar

Oxşar yazılar