Ögey qızını zorlayan ata həbs edildi - YENİLƏNİB
02 noyabr 2021 11:07 (UTC +04:00)

Ögey qızını zorlayan ata həbs edildi - YENİLƏNİB

İmişlidə 11 yaşlı ögey qızını zorlayan ata həbs olunub.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilir ki, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı il 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib.

Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

***

saat 10:40

Ögey atasından hamilə qalaraq dünyaya uşaq gətirən qız və körpəsi xəstəxanadan buraxılır.

Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, bu gün ana və körpə xəstəxanadan çıxacaq:

"Məndə olan məlumata görə, 11 yaşlı ana və körpəsi bu gün xəstəxananı tərk edəcəklər. Bu haqda əlavə məlumatım yoxdur. Onların gələcək taleyi və hara gedəcəkləri haqqında aidiyyatı qrumlar qərar verəcək".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən Lent.az-a bildirib ki, məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7438

Oxşar yazılar