Nömrəsiz avtomobillə  çox uzaq gedə bilmədilər
28 iyul 2022 12:36 (UTC +04:00)

Nömrəsiz avtomobillə çox uzaq gedə bilmədilər

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan nəqliyyat vasitəsi idarə edən sürücülərin müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilmələri məqsədilə profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, rayon ərazisində keçirilən tədbirlər zamanı hərəkətdə olan və üzərində dövlət nömrə nişanı olmayan nəqliyyat vasitələri saxlanılıb.

Onların sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb və avtomobillərin bu şəkildə idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi izah olunub.

Həmin şəxslərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.

# 2073
avatar

Oxşar yazılar