News24.az-ın 4 yaşı oldu
01 iyul 2022 16:50 (UTC +04:00)

News24.az-ın 4 yaşı oldu

Bu gün News24.az saytının 4 yaşı tamam olur.

Lent.az xəbər verir ki, 2018-ci il iyulun 1-də fəaliyyətə başlayan internet resursu ötən müddət ərzində ölkənin tanınan saytlarından birinə çevrilib.

Peşəkar yaradıcı komandanın ərsəyə gətirdiyi, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan News24.az 4 il ərzində geniş oxucu auditoriyası toplamağı bacarıb.

Bu müddət ərzində həm dövlət qurumları, həm də qeyri- hökümət təşkilatları ilə geniş əməkdaşlıq quran portal izləyicilərini hər gün ölkədə və xaricdə baş verən mühüm hadisələrdən operativ şəkildə xəbərdar edir. 

Xəbər portalı həmçinin yarandığı vaxtdan bu günədək müxtəlif sosial və mədəniyyət layihələri həyata keçirib və bir sıra önəmli tədbirlərə informasiya dəstəyi verib. 

Saytın baş redaktoru tanınmış jurnalist Rəna Hacıyevadır. 

# 1659
avatar

Oxşar yazılar