Naxçıvanın həbsdəki keçmiş nazirinin  vəziyyəti AĞIRLAŞDI
28 noyabr 2022 23:10 (UTC +04:00)

Naxçıvanın həbsdəki keçmiş nazirinin vəziyyəti AĞIRLAŞDI

Naxçıvanın həbsdə olan keçmiş daxili işlər naziri Əhməd Əhmədov xəstəxanaya yerləşdirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, keçmiş nazirin saxlandığı cəzaçəkmə müəssisəsində səhhəti ağırlaşıb.

Bu səbəbdən o, cəzaçəkmə müəssisəsindən Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə köçürülüb.

Qeyd edək ki, Əhməd Əhmədovun barəsində hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Xatırladaq ki, Naxçıvanın 17 il daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib və həmin il Bakıda saxlanılıraq həbs edilib.

Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

# 2949
avatar

Oxşar yazılar

Toyda qonaq  gəlinləri səhv saldı:   Kütləvi dava düşdü

Toyda qonaq gəlinləri səhv saldı: Kütləvi dava düşdü

6 fevral 2023 , 00:05
xarici işlər naziri Ceyhun Bayramov, İranda səfirliyə hücum zamanı yaralananları ziyarət

Nazir İranda səfirliyə hücum zamanı yaralananları ziyarət etdi-FOTO

5 fevral 2023 , 18:38
Küçəyə atılan körpənin anası tapıldı

Küçəyə atılan körpənin anası tapıldı

5 fevral 2023 , 16:47
Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

5 fevral 2023 , 16:45
İntihar edən vəkilin üzərində əlyazma aşkarlanıb

İntihar edən vəkilin üzərində əlyazma aşkarlanıb

5 fevral 2023 , 15:46
Sabah hava belə olacaq-PROQNOZ

Sabah hava belə olacaq-PROQNOZ

5 fevral 2023 , 13:06
Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün, nələr öyrənirlər? - VİDEO

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün, nələr öyrənirlər? - VİDEO

4 fevral 2023 , 17:07
"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

4 fevral 2023 , 16:22