Naxçıvanda DƏHŞƏTLİ QƏZA:  3 nəfər öldü
19 mart 2024 14:32 (UTC +04:00)

Naxçıvanda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Vayxır kəndi ərazisində qeydə alınıb. Yağışlı havada "Niva" markalı avtomobillə "Hyundai-Santa fe" markalı avtomobil toqquşub. Nəticədə "Niva"da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb.

Əhmədov Pərvin Məhəmməd oğlu və "Hyundai"də olan sərnişinlər Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu ağır yaralanıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

# 3195
avatar

Oxşar yazılar