Kəlbəcər rayonunda minaya düşərək xəsarət alan "AzTV"nin rejissoru Emin Məmmədov kanalın canlı efirinə bağlanaraq səhhəti barədə danışıb.
Lent.az-ın məlumatına görə, o bildirib ki, vəziyyəti stabildir:
"Səhər tezdən hospitala yerləşdirilmişik, bizi həkimlər yoxlayıblar. Hazırda vəziyyətim normaldır.
Digər yaralanan şəxslərdən biri də icra nümayəndəsidir. O reanimasiya şöbəsinə yatırılıb, vəziyyəti ağırdır”.
Qeyd edək ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər - Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) şəhid olub, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.