Meşə yanğınları ilə mübarizə tədbirləri davam etdir - VİDEO
02 sentyabr 2022 16:13 (UTC +04:00)

Meşə yanğınları ilə mübarizə tədbirləri davam etdir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində mövcud meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir.

FHN-dən Lent.az-a verilən məlumata görə, Astara rayonunun Şəvqo kəndi yaxınlığında baş vermiş yanğın Nazirliyin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb. Yanğın nəticəsində təxminən 2 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bundan əlavə, Zaqatala rayonunun Yuxarı Tala kəndi, Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Başdaşağıl kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir. Yanğınların söndürülməsi əməliyyatında ümumilikdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər iştirak edir.

Həmçinin, İsmayıllı rayonunun Bəhliyan kəndi yaxınlığında baş vermiş yanğınla mübarizə tədbirləri FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən davam etdirilir.

Qeyd edək ki, bütün göstərilən yanğınlar mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə baş verib.

# 915
avatar

Oxşar yazılar

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

4 dekabr 2022 , 17:10
Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

4 dekabr 2022 , 16:42
Sabah hava belə olacaq - PROQNOZ

Sabah hava belə olacaq - PROQNOZ

4 dekabr 2022 , 12:37
Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülərə XƏBƏRDARLIQ

4 dekabr 2022 , 11:40
Bu rayonlara qar yağdı-FOTO

Bu rayonlara qar yağdı-FOTO

4 dekabr 2022 , 10:45
Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16