Laçın yolu: aksiyanın 42-ci gecəsi
22 yanvar 2023 22:13 (UTC +04:00)

Laçın yolu: aksiyanın 42-ci gecəsi

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Laçın yolunda aksiyanı davam etdirir.

Lent.az APA-ya istinadla  xəbər verir ki, aksiya baş tutan ərazidə tonqallar qalanır.

Havanın soyuq və şaxtalı olmağına baxmayaraq, ekofəallar aksiyanı bu gecə də davam etdirəcəklərini bildiriblər.

Hazırda da ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Берегите природу!” (Təbiəti qoruyun), "Экоциду нет! Мониторингу да!" (Ekosidə yox! Monitorinqə hə!) şüarlarını səsləndirirlər.

Bu gün  ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlı kontingentinə məxsus ümumilikdə 50 avtomobil aksiya keçirilən ərazidən keçib.
Aksiya iştirakçıları tərəfindən onların keçməsinə şərait yaradılıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-də başlayıb.
 

# 1734
avatar

Oxşar yazılar