Körpələrə yemək verilmir? - Uşaq evindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR  - YENİLƏNİB
25 may 2022 23:34 (UTC +04:00)

Körpələrə yemək verilmir? - Uşaq evindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - YENİLƏNİB

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır.

Lent.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb.

O bildirib ki, hazırda məsələ araşdırılır:

“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

***

Saat 18:00

***

Şabran rayon 1 saylı körpələr evində uşaqlar normal qidalarla təmin edilmir. 

Lent.az-ın əldə etdiyi məlumata görə, adı şəkilən müəssisənin əksər müəllimləri müdir Lalə Qədeşovadan şikayətçidir. Adının çəkilməsini istəməyən müəllimlər qeyd edir ki, körpələr evində müdiriyyət tərəfindən külli miqdarda yeyinti var. Hətta buna görə, Lalə Qədeşovadan polisə şikayət də olunub. Şikayətçilərin sözlərinə görə, uşaqlar günlük qida ilə təmin olunmur:

səhər yeməyi

Günorta yeməyi

Axşam yeməyi
 

1 saylı körpələr evinin rəhbəri Lalə Qədeşova isə bütün bu ittihamları yalanlayıb:

“O paylaşılan şəkillər gülməlidir. Kimsə mənə qarşı qərəzli davranır, şantaj etməyə çalışır. Hətta bizim bağçaya Qida Təhlükəsizliyi Agentliyindən, Sanitar Epidemoloji Stansiyadan da gəliblər və çox da razı gediblər”.

Lalə xanımın bağçadan çəkib göndərdiyi şəkilləri təqdim edirik:


 
 

# 6147
avatar

Aytəkin Cəlali

Oxşar yazılar