Koronavirusdan daha 2 nəfər öldü - SON STATİSTİKA
29 iyul 2022 18:09 (UTC +04:00)

Koronavirusdan daha 2 nəfər öldü - SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 373 yeni yoluxma faktı qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 798 011 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 786 056 nəfər müalicə olunaraq sağalıb, 9746 nəfər vəfat edib, aktiv xəstə sayı 2209 nəfərdir.

Ölkədə son sutka ərzində 2847, hazırkı dövrədək isə 7 039 346test aparılıb. 

# 2226
avatar

Oxşar yazılar