"Köfteci Ramiz" və "Giləvar" restoranı  CƏRİMƏLƏNDİ
28 sentyabr 2021 18:05 (UTC +04:00)

"Köfteci Ramiz" və "Giləvar" restoranı CƏRİMƏLƏNDİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 401 ictimai iaşə obyektində 678 monitorinq keçirib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Qasımov Əzizbəy Mirzəbəy oğluna məxsus restoran;

2. Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 108 ünvanında yerləşən, hüquqi şəxs “Mint” MMC-yə məxsus “Köfteci Ramiz” restoranı;

3. Bakı şəhəri, Nəsimi rayonu, M. Cəfərov küç., ev 28 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Cavid Sadıx oğluna məxsus kafe;

4. Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən, fiziki şəxs Quliyev Cavid Şəmsəddin oğluna məxsus “Giləvar” restoranı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145

Oxşar yazılar