İşdən çıxan şəxsin  əmək pensiyası   necə hesablanır? - CAVAB
01 mart 2024 15:12 (UTC +04:00)

İşdən çıxan şəxsin əmək pensiyası necə hesablanır? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu işdən çıxdıqdan sonra pensiyanın yenidən necə hesablanması ilə bağlıdır.

Maraqlıdır, görəsən, işləyən şəxs əmək pensiyası alırsa, işdən çıxdıqdan sonra pensiyanın yenidən necə hesablanır? 

Lent.az xəbər verir ki, yaşa görə əmək pensiyasının "Əmək pensiyaları haqqında" qanunun  37.3.1-ci maddəsinə əsasən yenidən  hesablanması zamanı 144-dən işlədiyi aylar çıxılır və müvafiq dövr üzrə toplanmış kapital qalan ayların sayına bölünür.

Məsələn, pensiya təyin edilib 01.01.2017-ci ildə. İşdən çıxıb 01.03.2019-cu ildə, yəni 6 il tamam olmadan. 01.01.2017-01.03.2019-cu ilərdəki kapitalı 90%-lə nəzrə alınmaqla 118-ə bölünəcək (144 ay -26 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı=118).

# 29169
avatar

Arzu Qurbanlı

Oxşar yazılar