Yemək şəkilləri sosial mediada tez-tez paylaşılsa da, yalnız yemək üçün yaradılan milyonlarla hesab var. Ancaq mütəxəssislər xəbərdarlıq edir! Yemək şəkillərini paylaşmaq kökəlməyi asanlaşdıra bilər.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ-da aparılan yeni araşdırma, “Instagram”da yemək şəkillərinin paylaşılmasının iştahı artırdığını və kilo almağı asanlaşdırdığını ortaya qoyub.
Araşdırmalar göstərib ki, yeməklərinin şəklini çəkərərk paylaşanlar daha gec doyur və hətta ikinci dəfə də yemək sifariş verirlər.
Tədqiqatçılar şəkil çəkməyin beynin qidanı qəbul etmə üsulunu dəyişdirdiyini və daha çox kalori istəyini artırdığını bildirirlər.