İlin ikinci Ay tutulması başladı - YENİLƏNİB
08 noyabr 2022 12:07 (UTC +04:00)

İlin ikinci Ay tutulması başladı - YENİLƏNİB

İlin ikinci Ay tutulması başlayıb.

Lent.az xəbər verir ki, saat 12:02-də yarımkölgəli tutulma başlayıb. 13:09-da qismən, saat 14:16-da isə tam tutulma olacaq. Tutulmanın maksimumu saat 14:59-da olacaq. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatacaq.

***

7 noyabr, 2022-ci il

saat 19:23

Dünya noyabrın 8-də önəmli ay tutulması ilə rastlaşacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, üç ilin son ay tutulması günorta saat 12-də olacaq və ölkəmizdə görülməyəcək. Dünya mətbuatında bildirilir ki, ay tutulması 2025-ci ilə qədər baş verməyəcək. 

Astroloqların fikrincə, sabah güclüi tutulma baş tutacaq və münasibətlərdə problemlərin, mübahisələrin olacağına, iqtisadi problemlərə dəlalət edəcək. Bundan başqa, bürclərə də təsirsiz ötüşməyəcək. 

Qoç bürcünün nümayəndələrinin maddi vəziyyəti anidən arta, və ya azala bilər. Sürpriz yeniliklər ola bilər;

Buğa bürcü üçün evlilik, şəriklilik, münasibət və ilahi ədalətlə bağlı bəzi hadisələr gerçəkliyinə qovuşacaq. Anidən iş və karyera həyatınızla bağlı problemlər, anlaşılmazlıqlar, pozulan münasibətlər olacaq;

Əkizlər çətin dönəmdən keçir və bəzi hadisələr aydınlığa çıxacağı üşün özünüzü şanslı hiss edəcəksiniz. Narahat olmağa dəyməz;

Xərçəng bürcünün nümayəndələri gələcək planlarla, ümid və arzularınızla əlaqəli yeniliklər görəcək. Güvəndiyiniz insanlara diqqət etsəniz, yaxşı olar. Dost və sevgili ilə bəzi xaotik vəziyyətlər yarana bilər. Bunu da aşmağınız öz əlinizdədir;

Şirlər ay tutulmasından maksimum yararlana bilər, çünki iş və ya işlədiyiniz yeri dəyişə bilərsiniz. Bu hərəkətlənmədə ağılla davransanız, uduzmayacaqsınız;

Qız bürcündə olanlar keçmişə bağlı yaşamasa və səhv addımları düzəltməyə cəhd etsələr, yeniliklər qapıdadır. Həyat fəlsəfəniz dəyişə bilər;

Tərəzi bürcünün nümayəndələri üçün borc, kredit, vergi, ödənişlər, ortaq pul və s. gündəmə gələ bilər. Sevgi, iş, ailə üçün xərciniz arta bilər. İşinizdə isə şanslı günlər keçirəcəksiniz;

Əqrəblər yeni ortaqlıqlara, evlilik və sevgi həyatında olacaq sürətli və həyəcanlı dəyişikliklərə hazır olsunlar. Heç gözləmədiyiniz anda həyatınıza biri gələ bilər və əmin olduğunuz qərarlar ala bilərsiniz;

Oxatan bürcü nümayəndələri həyatlarındakı pərakəndəliyə düzəliş etməlidirlər. Etibarınız və sosial statusunuzla bağlı vacib hadisələr ola bilər;

Oğlaq bürcündə olanlar evlilik, sevgililik və ya başqa bir münasibətlərdə ani və önəmli qərarlar ala bilərsiniz. Uzun münasibətlərə başlaya, maddiyyat baxımından xərcə düşə bilərsiniz. Ən məsləhətlisi pul yığmaqdır, istəyinizə bağlıdır;

Dolça bürcü nümayəndələri bu ay tutulması ailənizlə yanaşı qohumlarınızla münasibətinizə, karyeranıza birbaşa təsir edəcək. Hər şeyi silib yenidən başlamağı düşünə, dəyişə bilərsiniz;

Balıqlar həyata sıx-sıx sarılmağa davam edir. Zəkanız, fərasətiniz artacaq və yaxınlarınıza edilən sürpriz evlilik təklifi, uşaq xəbərləri eşidə bilərsiniz. Bu vaxtda pulunuza qənaət etməyiniz tövsiyə olunur.

# 4476
avatar

Nigar Namiq

Oxşar yazılar