İki günlük  maqnit qasırğası   XƏBƏRDARLIĞI
11 noyabr 2022 14:12 (UTC +04:00)

İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI

Noyabrın 11-də Yer kürəsini iki gün davam edəcək güclü intensivlikli maqnit qasırğası bürüyəcək. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, meteohəssas insanların səhhəti pisləşə bilər.

Qasırğanın təsirindən qaçmaq üçün bir neçə gün əvvəl sağlam həyat tərzinə riayət etmək, kifayət qədər yuxu almaq lazımdır. Qəhvə, spirt və siqaret qəbulunu məhdudlaşdırın. Daha çox bitki çayı içmək lazımdır. Daha tez-tez açıq havada olun və stress mənbələrindən xilas olun. Səhhətiniz pisləşirsə, həkimə müraciət edin.

# 3006
avatar

Oxşar yazılar