İtkin düşən şəhidlərin qalıqları dəfn olundu  - YENİLƏNİB
29 avqust 2025 16:20 (UTC +04:00)

İtkin düşən şəhidlərin qalıqları dəfn olundu - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçinin nəşinin qalıqları Qaxda dəfn olunub.

Lent.az APA-ya istinadla xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən, 1971-ci il təvəllüdlü Qax rayonu Oncallı kənd sakini

Natiq Zeynal oğlu Kərimovun nəşinin qalıqları 32 ildən sonra ailəsinə təhvil verilib.

Ata yurdunda vida mərasimi keçirildikdən sonra şəhid Natiq Kərimovun nəşinin qalıqları dəfn olunmaq üçün onun doğulub boya-başa çatdığı Oncallı kənd qəbiristanlığına aparılaraq ana və atasının uyuduğu ərazidə dəfn olunub.

Dəfn mərasimində Qax Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqan əməkdaşları, hərbçilər, rayon ziyalıları, şəhid N.Kərimovun doğulub boya-başa çatdığı Oncallı kənd sakinləri və yaxınları iştirak edib.

Qeyd edək ki, şəhid N.Kərimovuvun doğulub boya-başa çatdığı ailənin dördü oğlan, ikisi qız olmaqla 6 övladı olub. N.Kərimov isə ailənin ilki olub.

N.Kərimov orta məktəbi başa vurduqdan sonra sürücülük peşəsinə yiyələnib. 1989-1991-ci illərdə keçmiş SSRİ-nin paytaxtı Moskva şəhərində əsgərlik xidmətini keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı Oncallı kəndinin daxil olduğu kolxozda sədr sürücüsü vəzifəsində işləyib. 1992-ci ilin yay aylarında könüllü olaraq Birinci Qarabağ müharibəsinə gedib. Son döyüşləri 1993-cü ilin aprel ayında Füzuli rayonunun Qacaq dağı ərazisində olub, elə həmin ərazidə itkin düşüb.

***
14:21

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Sumbat Əliyevin nəşinin qalıqları dəfn edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, onun qalıqları Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

***
13:30

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Rizvan Hacıyevin nəşinin qalıqları dəfn edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, onun qalıqları Kürdəmir rayonunun Qocalı kənd qəbristanlığında torpağa tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3474

Oxşar yazılar