Hər kəs ödənişsiz müayinədən keçə biləcək
07 iyun 2023 18:00 (UTC +04:00)

Hər kəs ödənişsiz müayinədən keçə biləcək

Xırdalandakı "Central Clinic"də 9-10 iyun tarixlərində endokrinoloq
qəbulu ödənişsiz olacaq. Endokrinoloqun müalicə etdiyi xəstəliklər
aşağıdakılardır.

- Zob xəstəlikləri ( Hamiləlikdə zob, zəhərli zob, tənbəl zob, düyünlü
zob, Haşimoto xəstəliyi və s.)

- Şəkər xəstəliyi ( Tip 1 diabet, Tip 2 diabet, Hamiləlikdə diabet və s.)

- Kalsium və Vitamin D pozğunluğu(artıqlığı və əksikliyinin müayinə və
müalicəsi)

- Qadınlarda Polikistoz xəstəliyi(PKOS)

- Sonsuzluq(endokrin səbəblərinin araşdırılması və müalicəsi)

- Hirsutizm(qadınlarda səbəbsiz tüklənmənin artması)

- Prolaktin artıqlığı(müayinə və müalicəsi)

- Uşaqlarda boy qısalığı (araşdırılması və müalicəsi)

- Sümük əriməsi(Osteoporoz)

- Hipofiz vəzi xəstəlikləri (Kuşinq, akromegaliya, giqantizm, hipofizar
cücəlik və s.)

- Böyrəküstü vəzi xəstəlikləri ( kuşinq sindromu,Feoxromositoma,
aldesteronomo və s.)

Xırdalandakı “Central Clinic” qabaqcıl tibbi avadanlıqlarla və yüksək ixtisaslı tibbi mütəxəssislərlə xidmətinizdədir. Müraciət edən vətəndaşlara mümkün olan ən yaxşı müalicə, müayinə və qayğını təmin etmək klinikanın ən başlıca məqsədidir. Peşəkar tibbi heyət hər bir xəstəyə uyğun fərdi müalicə planlarını tərtib edərək onların sağlamlığını təmin edir.

Müasir texnologiyalar ilə təchiz olunan laboratoriya ən dəqiq nəticələrlə xəstələrin monitorinqi və müalicəyə reaksiyanın qiymətləndirilməsi kimi bir çox mühüm funksiyaları yerinə yetirir.

Həkimlər pasiyentlərə mümkün olan ən yaxşı formada xidmət edirlər. Xəstəxana Xırdalan sakinləri üçün bir çox ixtisaslaşmış digər xidmətlər də təklif edir.

Qeyd edək ki, 9-10 iyun tarixlərində endokrinoloq xidmətlərdən ödəniş istifadə etmək üçün qeydiyyatdan keçmək mütləqdir.

Ətraflı məlumat və qeydiyyat üçün Çağrı Mərkəzi ilə və ya Whatsapp nömrəsi ilə əlaqə saxlayın.

+994 50 777 6 999

Xırdalan şəhəri, Kristal Abşeron – 1, bina – 23 (Köhnə bazarın yaxınlığı)

# 1731
avatar

Oxşar yazılar