Gələn il 100 milyondan çox insan  aclıqdan öləcək
06 noyabr 2023 18:47 (UTC +04:00)

Gələn il 100 milyondan çox insan aclıqdan öləcək

Alimlər 110 milyondan çox insanın aclıqdan öləcəyini bildirib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar ərzaq böhranının pik nöqtəsinin 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində olacağına inanırlar.

Aclıq Erkən Xəbərdarlıq Sistemləri Şəbəkəsinin (FEWS NET) ekspertləri proqnozlaşdırırlar ki, dünya üzrə yağıntılardakı dalğalanmalar qidanın məhsuldarlığına təsir göstərəcək və bütün dünyada təxminən 110 milyon insanı qidadan məhrum edəcək.

Proqnozlara görə, El Nino 2023-cü ilin sonuna qədər güclənməyə davam edəcək və 2024-cü ilin ortalarına qədər tədricən yox olacaq. Bu hadisənin dünyanın bəzi yerlərində ərzaq böhranını daha da pisləşdirəcəyi gözlənilir.

# 2835
avatar

Arzu Qurbanlı

Oxşar yazılar