"Formula-1"ə görə bu məktəblər distant tədrisə keçdi-YENİLƏNİB
31 may 2021 19:25 (UTC +04:00)

"Formula-1"ə görə bu məktəblər distant tədrisə keçdi-YENİLƏNİB

"Formula-1" Qran Prisi ilə əlaqədar distant tədrisə keçən məktəblərin siyahısı açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, "Formula-1" Qran Prisi ilə əlaqədar distant tədrisə keçən məktəblərin siyahısı aşağıdakı kimidir:

1. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi;

2. Təhsil Nazirliyinin tabeliyindəki T. İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. Təhsil Nazirliyinin tabeliyindəki İ.Əfəndiyev adına Elitar gimnaziya;

4. Bakı şəhəri 7 nömrəli tam orta məktəb;

5. Bakı şəhəri 2 nömrəli texniki humanitar lisey;

6. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziya;

7. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb;

8. Bakı şəhəri 147 nömrəli Texniki Humanitar lisey;

9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb.

 

16:47

 

"Formula-1" Qran Prisi ilə əlaqədar nəqliyyatın hərəkəti dayanan ərazilərdəki məktəblər distant təhsilə keçib.

Bunu APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, həmin məktəblər bu gündən distant tədrisə keçib: "Distant tədris iyunun 8-dək davam edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3036
avatar

Oxşar yazılar