Şəfiyev Əbil Üzeyir oğlu
10 avqust 2021 18:30 (UTC +04:00)

Şəfiyev Əbil Üzeyir oğlu

Ən yüksək nəticə göstərən ABİTURİYENTLƏR

2021-2022-ci tədris ili üçün I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

Lent.az xəbər verir ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni  Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin məzunu Şəfiyev Əbil Üzeyir oğlu toplayıb. O, bütün suallara düzgün cavab verərək rekord nəticə 400 bal göstərib.

Ə. Şəfiyev həmçinin “Əlaçı” televiziya verilişinin qalibidir. O, bir sıra olimpiadalarda da yüksək nəticə göstərib.

Hər iki mərhələnin cəminə görə isə Ə. Şəfiyev 697,1 bal toplayıb və bu nəticə I ixtisas qrupu üzrə ən yüksək baldır.

Ramil Zeynallı

# 8061
avatar

Oxşar yazılar