Əfv Komissiyasının iclası keçirildi -  YENİLƏNİB
12 yanvar 2023 19:12 (UTC +04:00)

Əfv Komissiyasının iclası keçirildi - YENİLƏNİB

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Lent.az-ın xəbərinə görə, iclasda 120 müraciətə baxılıb.

Komissiyanın növbəti iclası yanvarın 17-nə nəzərdə tutulub.

***

14:21

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası ilin ilk iclasını keçirəcək.

Bu barədə Lent.az-a komissiyanın üzvü Zahid Oruc məlumat verib. 

Onun sözlərinə görə, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq:

"İclasda komissiyaya gələn müraciətlər araşdırılacaq. İclasdan sonra müraciətlərin sayı bildiriləcək. Hələlik, iclasın neçə saat olacağı bilinmir".

Qeyd edək ki, komissiyanın iclaslarının Novruz Bayramı günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

# 5391
avatar

Fidan İlqar

Oxşar yazılar