Dünyaya uşaq gətirən 11 yaşlı qız  BURADA YAŞAYACAQ
02 noyabr 2021 13:07 (UTC +04:00)

Dünyaya uşaq gətirən 11 yaşlı qız BURADA YAŞAYACAQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın psixo-sosial vəziyyətini  qiymətləndirərək, onun reabilitasiyası istiqamətində fəaliyyətə başlayıb. 

Bu sözləri Lent.az-a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov deyib.

O bildirib ki, uşağın maraqlarını qorumaq məqsədi ilə dövlət sığınacağına yerləşdirilməsi qərara alınıb və nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib:

“Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçiriləcək. Burada onun sosial, psixoloji və digər təlabatları qarşılanacaq. 

Uşağın sosial reabilitasiyası müvafiq dövlət qrumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində olacaq. 

Onu da deyək ki, azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5177

Oxşar yazılar